Modern.az

Altı ayda 14 min 608 litr qan toplanıb

Altı ayda 14 min 608 litr qan toplanıb

Актуально

15 Avqust 2016, 17:03

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bu ilin ilk 6 ayı ərzində B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı və onun bölmələri tərəfindən 210 qanvermə aksiyası keçirilib.

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Bakı ilə yanaşı, MQB-nın Gəncə, Lənkəran, Şirvan, Quba, Mingəçevir, Sumqayıt və Şəki bölmələrində baş tutan aksiyalarda ümumilikdə 31 148 nəfər donor iştirak edib.

Nəticədə keçirilən könüllü qanvermə aksiyalarında 14 min 608 litr qan toplanıb.

 

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı