Modern.az

Azərbaycan idmançısı “Rio Olimpiadası”nda yarımfinala çıxdı

Azərbaycan idmançısı “Rio Olimpiadası”nda yarımfinala çıxdı

Current

17 Avqust 2016, 16:56

Azərbaycanı Rio-de-Janeyrodakı Yay Olimpiadasında təmsil edən kanoeçi Valentin Demyanenko mübarizəyə başlayraq yarımfinala yüksəlib.

Modern.az-ın xəbərinə görə, V. Demyanenko 1 nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşdə finişə 39,749 saniyəyə çata bilib.

İdmançı bütün rəqiblərini qabaqlayaraq, yürüşün qalibi olub. O, ilk "5-lik"ə düşdüyü üçün, reqlamentə əsasən, yarımfinala yüksəlib.

Demyanenkonun növbəti yürüşü saat 17:42-də başlanacaq. 

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı