Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 22 avqustda Ağdam və Tərtər rayonlarında aşkar olunmuş
Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabatı açıqlayıb.
Agentlikdən Modern.az-a verilən məlumatda nildirilib ki, Ağam rayonu, Əhmədağalı kəndində 2 əkin sahəsi və meşə zolağında 5 partlayış yerinə baxış keçirilib. Ərazidən partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb. Nəticə etibarilə 7 000 kv.m ərazi yoxlanılıb.
Cəmi 2 əkin sahəsi, meşə zolağı, 5 partlayış yeri, partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb. Bununla da 7 min kv.m ərazi yoxlanılıb.
Tərtər rayonu, Həsənqaya kəndində 1 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb. Bununla da 8000 kv.m ərazi yoxlanılıb.
Bundan başqa cəmi 1 otlaq sahəsi, 4 partlayış yeri, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb. Nəticə etibarilə 8 000 kv.m ərazi yoxlanılıb.
22 avqustda 2 əkin sahəsi, 1 otlaq sahəsi və meşə zolağında 9 partlayış yerinə baxış keçirilib, partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb. Bununla da 15 000 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 22 avqust tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib. 3 472 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.
Gülşən RAUFQIZI