Modern.az

QDİƏT PA-nın azərbaycanlı vitse-prezidenti Rusiyada seçkiləri izləyəcək

QDİƏT PA-nın azərbaycanlı vitse-prezidenti Rusiyada seçkiləri izləyəcək

Current

15 Sentyabr 2016, 18:25

Azərbaycan Milli Məclisinin deputatı Musa Quliyev Qara Dəniz İqtisadi Əməkdaşllq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) vitse-prezidenti kimi sentyabrın 18-də Rusiya Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə edəcək.

Modern.az saytının məlumatına görə, Musa Quliyev QDİƏT PA-nın vitse-prezidenti qismində seçkiləri Kazan şəhərində izləyəcək. Bu müşahidələr əsasında Musa Quliyev Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərlə bağlı QDİƏT PA-ya hesabat verəcək.

Qara Dəniz İqtisadi Əməkdaşllq Təşkilatı Parlament Assambleyası isə Rusiya Dövlət Dumasına keçiriləcək seçkiləri məhz azərbaycanlı deputatın hesabatı əsasında qiymətləndirəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı