Bu gün Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib.
Öncə iclasın gündəliyi yekdilliklə təsdiq olunub.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov üçüncü maliyyə müsabiqəsinin cari ilin 10 iyun – 08 iyul tarixlərini və 8 mövzunu əhatə etdiyini diqqətə çatdırıb. Müsabiqəyə QHT-lər tərəfindən 233 layihə təklifi daxil olub ki, onlardan da 24-ü sənəd çatışmazlığı səbəbindən ilkin seleksiyadan keçməyib. 209 layihə isə ekspertizaya təqdim olunub. Bunlardan 84 layihə keçid balını toplaya bilib.
Şura üzvləri Sahib Məmmədov, İlqar Məmmədov və Emin Həsənli çıxış edərək gündəlikdə dayanan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər.
Yekun olaraq Şura üzvləri ekspertlərin və Büdcə Komissiyasının rəyini nəzərə alaraq 84 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul ediblər.
Müsabiqənin nəticələrindən narazı qalanlar 23 sentyabr 2016-cı il, saat 17:00-dək Apelyasiya Komissiyasına müraciət edə bilərlər.
Müsabiqənin nəticələri ilə bu sayta daxil olaraq tanış olmaq mümkündür:
//qhtxeber.az/news/a-59498.html
Modern.az