Modern.az

Böyrəkləri qorumaq üçün bunları yeyin - Həkim MƏSLƏHƏTİ

Böyrəkləri qorumaq üçün bunları yeyin - Həkim MƏSLƏHƏTİ

Aktual

17 Sentyabr 2016, 15:36

Modern.az saytı oxuculara doktor Qüdrət Qəhrəmanovun tibbi məsləhətlərinin təqdimatına davam edir. Q.Qəhrəmanov 2005-də Azərbaycan Tibb Universitetini bitirib. Sonra 2 il Sankt-Peterburq Tibb Akademiyasında ümumi cərrahiyyə üzrə ordinatura keçib. Laporoskopik və endokrin cərrahiyyə üzrə Türkiyə Heydərpaşa Xəstəxanası, Ankara Ulus Dövlət Xəstəxanası, Hacettepe Universitetlərində kurslarda olub, müxtəlif cərrahi kongreslərdə iştirak edib. Hazırda Modern Hospitalda ümumi cərrahdır.



Böyrəkləri qorumaq üçün faydalıdır

Yaşıl tərəvəz
Yaşıl tərəvəzlər A vitamini ilə zəngindir ki, bu da böyrək daşlarına qarşı faydalıdır.

Balıq
Doymamış yağ turşuları, protein və vitamin mənbəyi olan balıq bütün orqanizm üçün o cümlədən böyrəklərin fəaliyyətini yaxşı tənzimləyir.

Qarpız
Qarpız böyrəklərdəki duzu təmizləyir.

Alma
Gündə 3 alma böyrəklər üçün çox faydalıdır. Böyrəkləri zərərli maddələrdən təmizləyir.

Balqabaq
Balqabaq bir çox pəhriz proqramında yer alan, böyrəklərin fəaliyyətini yaxşılaşdıran tərəvəzlərdəndir.

İtburnu
Bədənin - böyrəklərin xəstəliklərdə mübarizə mexanizmini gücləndirir.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı