Modern.az

" 1995-ci ildə qəbul olunan konistutsiyamız çox mükəmməldir "

" 1995-ci ildə qəbul olunan konistutsiyamız çox mükəmməldir "

Aktual

19 Sentyabr 2016, 00:14

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai Birliyi ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası çərçivəsində silsiləli olaraq tədbirlər keçirir. Belə tədbirlərdən biri sentyabrın 17-də “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai Birliyində Kəlbəcər rayonundan olan gənclərlə  keçirilib. Modern.az saytı xəbər verir ki, tədbirdə çıxış edən “Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai Birliyinin sədr müavini Həbib Misirov bildirib ki, mütəmadi olaraq referendumla bağlı kecirilən təbliğat-təşviqat kompanıyası çərçivəsində tədbirlər həyata keçiririk. Əsasən də kəlbəcərlilərin sıx məskunlaşıdıqları yerlərdə görüşlər kecirərək konstitusiyaya ediləcək dəyişikliklərin mahiyyətini izah edirik. Düşünürəm ki, ölkəmizdə sosial problemlərin həll olunması, insanların rifah halının yaxşılaşdırılması qanunvericilikdə də sosial ədalət prinsipinin əsas prinsip kimi ifadə olunmasını vacib edir. Azəbaycanda insan hüquq və azadlıqları bizim qanunlarımızın əsas meyarıdır. Bu baxımdan da Konstitusiyamıza təklif edilən əlavə və dəyişikliklərin böyük hissəsi insan hüquq və azadlıqlarının qorunması ilə bağlıdır. Qalan digər müddəalar dövlət strukturlarının, siyasi sistemin təkmilləşdirilməsi, yeni institutların yaradılması, prezidentlik müddətinin, seçkili orqanlarda yaş senzinin dəyişdirilməsi ilə əlaqədardır ki, bunların da hər biri ən sonunda ölkə əhalisinin firavan yaşamasının təminatına çevrilir. Bütövlükdə, təklif edilən əlavə və dəyişikliklər demokratik prinsiplərə uyğundur, xalqımızın iradəsinə əsaslanır. Bütövlükdə, keçiriləcək referendum, təklif edilən Konstitusiya dəyişiklikləri Azərbaycanın yeni-yeni hədəflərə doğru sürətlə irəliləməsinin göstəricisidir.

Əminik ki, xalqımız Prezidentin bu təşəbbüsünü yüksək dəyərləndirəcək və Azərbaycanın həm daxili, həm də xarici siyasətdə əldə etdiyi uğurların memarı olan  İlham Əliyevə bu işdə arxa və dayaq olacaqdır. Çünki Prezident hər dəfə vurğulayır ki, O bütün işlərində öz xalqına arxalanır.

Tədbirdə çıxış edən YAP İdarə heyətinin üzvü, Professor Şahlar Əsgərov bildirib ki, son 100 illik tariximizə baxsaq Azərbaycanın çox mürəkkəb tarix yaşadığının şahidi oluruq: “1917-ci il Oktyabr inqilabından qabaq ölkəmiz Rusiyanın tərkibində müstəmləkə kimi yaşamışdır. 1918 ci ilin may ayında Azərbaycan  öz müstəqilliyini elan etmiş və müstəmləkə səviyyəsindən dövlət səviyyəsinə (himni, bayrağı olan) keçərək birinci keçid dövrünü yaşamışdır. 1920-ci ilin aprel ayında Azərbaycan Demokratik Cümhuriyyəti 23 aydan sonra süqut etdi və Azərbaycanda müstəqil Sosialist Respublikası quruldu və ölkə kapitalizmdən sosializmə keçərək ikinci keçid dövrünü yaşadı. Dövlət atributlarında oraq və çəkic əz əksini tapdı.1922-ci ilin dekabrında Azərbaycan SSRİ tərkibinə qatıldı və ölkə müstəqil dövlət səviyyəsindən yarım müstəqil dövlət səviyyəsinə endirildi.Cəmiyyət üçüncü keçid dövrünü yaşamalı oldu. 1991 –ci ilin axırında  SSRİ dağılması nəticəsində Azərbaycan müstəqil dövlətə çevrildi. Bu dördüncü keçid yarımmüstəqil dövlətdən müstəqil dövlətə, sosialist quruluşundan liberal- demokratik cəmiyyətə keçid idi. Bayrağımızdakı oraq və çəkici ay və səkkizgyşəli ulduz əvəz etdi. Bu yeni yaranan müstəqil dövlət Moskva yönümlü olduğundan xalq dəstək vermədi. Bu səbəbdən də Azərbaycanda beşinci keçid – Moskva yönümlü hakimiyyətdən müstəqil dövlətə keçid baş verdi. Nəticədə Ayaz Mütəllibov yerini Əbülfəz Əliyevə verməli oldu. Bu hakimiyyət  yeni dövlət quruculuğu ilə yox, sovet dövlət maşınının demantajı ilə məşğul oldu. Bu səbəbdən də xalqın gözündən tez düşdü. Nəticədə Elçibəy hakimiyyətdən getməli oldu və Müstəqil Azərbaycan Respublikasında altıncı keçid dövrünü yaşamalı oldu və ölkədə Heydər Əliyev erası başlandı. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə xaosdan nizamlı quruluşa keçid başladı.

Beləliklə, son 100 ildə ölkəmiz altı dəfə (1991-1993 illər ərzində üç dəfə) keçid dövrünü yaşamalı oldı. Keçid dövrü insanların qarğışa tuş gəldiyi dövrdür. Konturu girintili-çıxıntılı xəritəmiz keçdiyimiz əzablı yollardan xəbər verir. Xəritəmiz tarıximizin inikasıdır. Tut yarpağını qurd yeyən kimi torpaqlarımız qonşularımız tərəfindən son yüz ildə 114 min kv. km-dən 86 min kv km kimi azaldı.

Keçid dövrlərində bütövlükdə ictimai siyasi quruluş bir sistemdən digərinə keçir. Bu keçidlərdə konstitusiyaya (əsas qanun) müstəsna rol oynayır. Bu keçidlər zamanı ancaq Azərbaycan Sovet Sosialist Respublikasınında nominal konstitutsiyamız olub, digərlərində olmayıbdır. Yəni bizim konstitusiya təcrübəmiz çox zəifdir.

Konstitutsiya dövlət quruculuğunun başlıca istiqamətlərini müəyyən edir, hakimiyyət bölgüsü aparır, insan və vətəndaşların hüquq və azadlıqlarını müəyyən edir və bunun kimi Konstitutsiya qüdrətli dövlət qurmanın fundamental əsaslarını etiva edir.

Bizim yaşadığimiz mürəkkəb geosiyasi məkan tələb edir ki, biz qüdrətli dövlət quraq. Əhali rahat yaşaması üçün dövlət qüdrətli olmalıdır. Belə dövləti güclü parlament ilə yox, güclü prezident institutu ilə qurmaq daha məqsədəuyğundur. Bizim   niyyəti ədalətli, amalı xoş  olmayan qonşularımız var. Bu qonşuların parlamenta təsiri nəzəri cəhətdən böyükdür. Əgər biz Yaponiya, Danimarka, Böyük Britaniya kimi ada dövləti olsaydıq konistitutsiya bugünkü dəyşiliklərə bəlkə də ehtiyac olmazdı. Nəzərə almalıyiq ki, biz ada dövləti deyilik, qonşularımızın bəzilərinin niyyəti çox məkirlidir. Niyyət isə fəaliyyətin ruhudur.  Bunu 25 il həll edilməyən Qarabağ problemi də təsdiq edir”.

Natiq vurğulayıb ki, 1995-ci ildə qəbul olunan konistutsiyamız çox mükəmməldir: “Bu konstitutsiyanın məziyyəti ilə bağlı fikirlərimi “Azərbaycan” qəzetinin 19.05.1996-cı il sayında söyləmişəm. İndi hesab edirəm ki, o konstitusiyada biz zamanı çox qabaqlamışıq. Hər bir müstəqil dövlət iki qlobal  göstərici ilə xarakterizə olunur: adam başına düşən ümumi daxili məhsul (ÜDM) və insan inkişafı indeksi (III). Bizim mövcud konstitutsiyamız çox inkişaf etmiş ölkələrin göstəricilərinə uyğundur. Yaddan çıxartmamalıq ki, biz ikinci dünya dövlətiyik. Bu dövlətlər üçün adambaşına düşən ÜDM 15000  dollardan, III isə 0,8-dən azdır. Birinci dünya ölkələrində (belə dövlətlərin sayı 30-dur) qanunlar mükəmməl olduğundan güclü liderə ehtiyac yoxdur. Ancaq ikinci  dünya ölkələrində güclü liderə ehtiyac böyükdür. Sinqapuru ikinci dünya ölkəsindən birinci dünya ölkələri sırasına lider çıxartdı.

Bizim də güclü liderə ehtiyacı böyükdür. İnanıram ki, xalqimiz ümumdövlət mənafeini üstün tutaraq referenduma gedərək konstitusiyada nəzərdə tutulmuş dəyşiliklərə səs verəcəkdir”.

 

 

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı