Modern.az

Türkiyə Rusiyadakı Duma seçkilərini tanımadı

Türkiyə Rusiyadakı Duma seçkilərini tanımadı

Aktual

23 Sentyabr 2016, 12:24

Türkiyə Rusiya Dumasının Krımda keçirilən seçkilərini tanımır.

 

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin mətbuat katibi Tanju Bilgiç məlumat verib.

 

“Türkiyə Ukraynanın ərazi bütövlüyünü Krımla birgə tanıyır. Rusiyada ötən həftə baş tutan seçkiləri bu baxımdan şərh edirik. Krımda keçirilən seçkilər hüquq baxımdan heç bir gücə malik deyil”.

 

Rusiyada 18 sentyabrda baş tutan seçkilərdə Krım ilk dəfə ərazi vahidi kimi iştirak edib.

 

 

Vüqar İSMAYILOV      

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı