Modern.az

Lavrov Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı tənqid etdi

Lavrov Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı tənqid etdi

Aktual

23 Sentyabr 2016, 22:56

Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyada ABŞ-ın rəhbərlik etdiyi koalisiyanı tənqid edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Lavrov BMT Baş Assambleyasında belə bir çıxış edib.

Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriyada tərəfləri toqquşmadan ayırmağa qadir deyil: “Təəssüf ki, tərəflərin geri çəkilməsinin təmin etməyə hazır olduqlarını bildirən koalisiya öhdəsinə götürdüyü vəzifələri həyata keçirməyə qadir deyil. Bu olmadan atəşkəs rejiminin mənası itir”.

XİN rəhbərinin sözlərinə görə, Suriya hökuməti atəşkəs üzrə öhdəliklərini yerinə yetirib: “Müxalifət isə barmağını da tərpətməyib”.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı