Modern.az

Təhsil eksperti: “Həmin dərs vəsaiti təcili qadağan olunmalıdır” - FOTO

Təhsil eksperti: “Həmin dərs vəsaiti təcili qadağan olunmalıdır” - FOTO

مورد توجه

8 Oktyabr 2016, 15:59

Dini ədəbiyyat çap edən “Qələm” nəşriyyatının “Mən düzgün yazıram” kitabında məktəbəqədər yaşlı uşaqlara açıq-aşkar din təbliğ olunur.

Lent.az-ın əldə etdiyi fotofaktda dinin təbliğ edilməsi  özünü aydın göstərir.

Modern.az saytı məsələ ilə bağlı təhsil eksperti Etibar Əliyevə müraciət edib. O, bildirib ki, təhsilin bu pilləsində belə bir şey varsa, bunu çox pis hal kimi qəbul edir.

“Bu yaşda uşaqlara dini təlqin etmək qətiyyən olmaz. Ümumiyyətlə, orta məktəb şagirdlərinə də dinin təbliğ olunması, dini  kitabların gətirilməsi qadağan olunmalıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da  məktəbəqədər təhsil müəssisələri dünyəvi xarakter daşımalıdır. Əgər belə hal varsa, həmin dərslik təcili olaraq yığışdırılmalıdır. Digər tərəfdən, bu məsələdə Təhsil Nazirliyinin rolu istisnadır. Neçə illərdir ki, məktəbəqədər müəssisələr təhsil nazirliyinin tabeliyində deyil. Ona görə də belə bir nəzarətsizlik yaranıb. Hətta, gələcəkdə də dini kurrikulumun hazırlanması zamanı  dini mətnlərin verilməsini,  uşaqlara namazın və ya dini duaların öyrədilməsini yolverilməz hesab edirəm”.

Etibar Əliyev məktəbəqədər təhsil müəssisəsində belə bir halın baş verdiyini təhsil sisteminə zərbə kimi qiymətləndirib.

 “Dinin təbliğ olunması, uşaqların təfəkkürünü birmənalı şəkildə dominant formada dinə yönəldə bilər. Konstitusiyamızın  təhsilə aid olan hissəsinə, o cümlədən, bütün pedaqoji prinsiplərə ziddir. Mətn hansı vəsaitdə əks olunubsa, həmin vəsait qadağan olunmalıdır. Uşaqları dinə yönəltmək doğru deyil. Bizim tədris proqramlarımızda din tədris olunmur. Belə halın baş verdiyini qətiyyətlə pisləyirəm və təhsil sistemimizə vurulan zərbə hesab edirəm”.

P.S. Azyaşlılara namazın və ya digər dini vasitələrin təbliği hansı məqsəddən xəbər verir?! Hər halda, bunun ciddi bir açıqlaması olacaq.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı