Ermənistanda əsgərin intihar etməsinə görə açılan cinayət işi üzrə 5 nəfərə ittiham irəli sürülüb. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, Kamo Martirosyan bu il martın 14-də özünü öldürüb.
Məlumata görə, ittiham irəli sürülənlər arasında çavuşlarda var.
Martirosyanın meyiti xidmət etdiyi hərbi hissənin ərazisində güllə yarası ilə aşkar olunub.
Modern.az