Modern.az

Nazir tikintidə ölən fəhlələrdən DANIŞDI: "Xəbərdarlıq etmişik ki..."

Nazir tikintidə ölən fəhlələrdən DANIŞDI: "Xəbərdarlıq etmişik ki..."

Aktual

11 Oktyabr 2016, 13:08

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov son vaxtlar tikinti işlərində fəhlələrin dünyasını dəyişməsilə bağlı sualları cavablandırıb.

 

Modern.az-ın verdiyi xəbərə görə, nazir bildirib 1 ilə yaxındır Dövlət Əmək Müfəttişliyi Xidməti tikinti şirkətlərində yoxlamalar aparmır:

“Buna görə də biz müxtəlif təbliğat vasitələri ilə tikinti şirkətlərinə, işəgötürənlərə xəbərdarlıq, xahiş edərək bildirmişik ki, əməyin təhlükəsizliyi qaydalarına riayət edilsin. Amma buna baxmayaraq, son zamanlar əməyin təhlükəsizliyi qaydaları işəgötürənlər tərəfindən kobud şəkildə pozulur”.

 

S.Müslümov deyib ki, sığorta işini həyata keçirmək üçün müəyyən fond yaradılmalıdır:

“Düşünürəm ki, bu sahədə müəyyən qayda-qanun yarada bilərik”.

 

Gülşən RAUFQIZI

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı