Modern.az

Paytaxtda yeniyetmə ölümçül döyülüb

Paytaxtda yeniyetmə ölümçül döyülüb

Güncel

11 Oktyabr 2016, 22:13

Bakıda 17 yaşlı oğlan döyülüb. Modern.az saytı xəbər verir ki, bu barədə Baku.ws yeniyetmənin anasına istinadən məlumat yayıb. Qadın qeyd edib ki, oğlu qız üstündə bu vəziyyətə salınıb: “Oktyabrın 3-də 4 nəfər övladımı ölümcül döyüb. Aldığı güclü zərbələrdən onun kəllə əsasını təşkil edən sümüklər və çənəsi sınıb, beyni silkələnib. Artıq 8 gündür ki, xəstəxanadadır. Şənbə günü əməliyyat olunanda ürəyi tab gətirmirdi, həkimlər zorla həyata qaytara bildilər. Polis də məsələni yubadır. Onların valideynləri isə bir dəfə də olsun zəng edib, oğlumun səhhəti ilə maraqlanmırlar”.

 

Ananın iddiasına görə, yeniyetmələr onun oğlunun sevgilisinə sataşıblar. Oğlan isə məsələyə aydınlıq gətirmək istəyib: “Oğlum danışmağa tək gedib. Onlar isə 4 nəfər olublar. Oğlumu daşla döyüblər”.

 

Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub, cinayət işi açılıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı