İsveçrənin "Sürix” klubunun gənclərdən ibarət komandanın çalışdırıcısı Artur Petrosyan Ermənistanın əsas milli futbol komandasının baş məşqçi postuna təyin ediləcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i xəbər yayıb.
Bildirilib ki, Ermənistan Futbol Federasiyası onunla danışıqları başa çatdırıb. Məşhur futbolçu noyabrın 1-dən Ermənistan yığmasında yeni vəzifəsinin icrasına başlayacaq.
44 yaşlı Artur Petrosyan futbolçu karyerası boyu Ermənistan yığmasında 1992-cu ildən 2005-ci ilə kimi çıxış etdi, 69 oyunda 11 qol vurub.
Xatırladaq ki, Ermənistan yığmasının baş məşqçisi postu Varujan Sukiasyanın istefasından sonra boş qalıb. Noyabrın 11-də Ermənistan komandası bu il son rəsmi matçda Çernoqoriya yığmasını qəbul edəcək.