İraq paytaxtı Bağdadın şimalında bir-birinin ardınca iki partlayış baş verib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, hadisə nəticəsində ölən və yaralanalar var. Onların dəqiq sayı barədə hələ ki, məlumat verilmir.
Bundan əvvəl daha iki partlayış, paytaxtın Əl-Qəhirə rayonunda yerləşən bazarda və şəhərin şərq bölgəsində qeydə alınıb. Hadisə nəticəsində bir neçə dinc sakin qəlpə yaraları alıb.
Modern.az