İtaliyanın keçmiş baş naziri, “Milan”ın sahibi Silvio Berluskoni klubu satandan sonra fəxri prezident olacaq.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, “Milan” ilin sonunadək rəsmən Çinin “Sino-Europe Sports” şirkətinə satılacaq.
Məlumdur ki, Barbara Berluskoni və Andriano Qallianı klubu tərk edəcəklər.
“Milan”ın baş direktoru postunu “İnter”dəki işi ilə tanınan Marko Fassone tutacaq.
Berluskoni “Milan”ı 1986-cı ildə əldə edib.
Modern.az