Modern.az

İtkin neftçilərin axtarışından görüntülər - FOTOLAR

İtkin neftçilərin axtarışından görüntülər - FOTOLAR

Current

19 Dekabr 2016, 17:36

Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, itkin neftçilərlə bağlı müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Bu haqda “Azneft” İstehsalat Birliyindən Modern.az-a verilən məlumatda bildirilib.

Məlumata görə, ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv davam etdirilən axtarış – xilasetmə əməliyyatları, uzunluğu 100 km və eni isə 72 km olan geniş ərazini əhatə etməkdədir.

Axtarış-xilasetmə əməliyyatlarında hər bir qurum yüksək səy göstərməkdədirlər. Bunlar içərisində, SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları da axtarış-xilasetmə əməliyyatlarında var gücləriylə iştirak edirlər.

Qeyd etmək istərdik ki, "Azneft" İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərovun rəhbərlik etdiyi işçi qrupu da axtarış-xilasetmə əməliyyatlarını yaxından izləmək məqsədilə hadisə yerindədir.

 
15.12.2016-cı il tarixində güclü külək nəticəsində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində baş vermiş hadisədə 10 nəfər neftçi itkin düşüb. Onlardan birinin meyiti sudan çıxarılıb, qalanları hələ də axtarılır.

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı