Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Modern.az xəbər verir ki, günün əsas oyunu “Mançester Yunayted” və “Anderlext” komandaları arasında kemirilib. Əvvəlki oyunda olduğu kimi bu dəfə də əsas vaxt 1:1 hesabı ilə başa çatıb. Uzatma dəqiqələrində isə daha bir dəfə fərqlənən “Mançester Yunayted” yarımfinala çıxıb.
Belçikanın digər təmsilçisi “Genk” cavab oyununu evdə “Selta”ya qarşı keçirib. Səfərdə minimal hesabla məğlub olan“Genk” “Selta” səddini keçə bilməyiblər.
Türkiyənin Avroliqadakı yeganə təmsilçisi “Beşiktaş” isə doğma meydanda “Lion”la qarşılaşıb. Oyunun ilk hissəsi Fransadakı hesabla - 2:1 başa çatıb. Əlavə vaxtda qapılara qol vurulmayınca qalibi penalti vuruşları bəlli edib. Penaltilər mərhələsində daha dəqiq olan (7:6) "Lion" yarımfinala yüksəlib.
Turun digər görüşü “Ayaks” və “Şalke” arasında baş tutub. Bu oyunun da əsas vaxtında qalib müəyyənləşməyib. Uzatma dəqiqələrində fərqlənən hollandlar növbəti yarımfinalçı olub.
Modern.az