Modern.az

Parlamentin növbədənkənar iclası başladı

Parlamentin növbədənkənar iclası başladı

Current

30 İyun 2017, 12:08

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası başlayıb.

Modern.az xəbər verir ki, parlamentin sədri Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələ daxildir.

İclasda "Milli Məclis deputatının etik davranış qaydaları haqqında" (2-ci oxunuş), “İşsizlikdən sığorta haqqında” qanun layihələri (2-ci oxunuş) müzakirəyə çıxarılacaq.

Bundan başqa, "2017-ci il dövlət büdcəsi haqqında", Su Məcəlləsinə, Miqrasiya Məcəlləsinə, “İcra haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Reklam haqqında”, “Dövlət rüsumu haqqında", “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” və sair qanunlara edilən əlavə dəyişikliklərə də baxılacaq.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı