Modern.az

"Ginnesin rekordu"na düşmək istəyən arvad öldü

Current

25 Sentyabr 2017, 22:28

Yunanıstanda akvalanqçı evli cütlüyün "Ginnesin Rekordlar Kitabı"na düşmək istəyi faciə ilə nəticələnib. Modern.az "Trend"ə istinadən xəbər verir ki, Xalkidiki yaxınlığında suyadalma üzrə rekord vurmağa çalışarkən bolqarıstanlı qadın naməlum səbəblərdən vəfat edib.

Kişini isə xilas etmək mümkün olub, lakin o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, suyadalma üzrə rekord misirli Əhməd Camal Cəbrə məxsusdur. O, 2014-cü ildə Qırmızı dənizdə 332,35 metr dərinliyə 12 dəqiqə ərzində dalmışdı.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı