Modern.az

Xəzərin su səthinin bölünməsi prinsipləri ayrıca sazişlə razılaşdırılacaq  - Video

Xəzərin su səthinin bölünməsi prinsipləri ayrıca sazişlə razılaşdırılacaq  - Video

Current

12 Dekabr 2017, 23:41

Xəzərin su səthinin bölünməsi prinsipləri ayrıca sazişlə razılaşdırılacaq və qəbul olunacaq. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, bununla bağlı xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlama verib.

 

Onun sözlərinə görə, Xəzərin dibinin dövlətlər arasındakı ikitərəfli sazişlər əsasında sektorlara bölünməsi nəzərdə tutulur ki, bu sektorlarda xəzəryanı dovlətlər mineral ehtiyatların hasilatı və işlənməsində suveren hüquqlara malikdirlər.

 

Razılaşdırılan konvensiya layihəsində su səthi üzrə müəyyən zonalar müəyyən olunub. 15 millik zona dövlətin suveren ərazisi kimi qəbul olunub. 15 milə əlavə olaraq 10 mil balıqçılıq zonası müəyyənləşdirilib. Qalan su səthi ümumi istifadədə qalır.

 

Nazir müavini qeyd edib ki, Azərbaycan, Qazaxsıtan və Rusiya arasında analoji ikitərəfli sazişlər artıq mövcuddur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı