Modern.az

Talış meşələrində yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Talış meşələrində yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Aktual

25 Mart 2018, 11:18

Azərbaycanın bır sıra rayonlarındakı meşə zolaqlarında yanğın baş verib.

 

Modern.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, 24.03.2018-ci il tarixində axşam saatlarında Lerik rayonunun Vov, Vənədi kəndləri, Astara rayonunun Pəlikəş, Çükəş, Dolu kəndləri və Lənkəran rayonunun Biləsər kəndi yaxınlığında dağlıq ərazidəki meşə zolaqlarında yanğın başlayıb.

Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən, eləcə də havanın küləkli olması yanğınların söndürülməsinə çətinliklər yaradıb.

 

Yanğınların söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin qüvvələri və yerli əhali cəlb edilib.

Səhər saatlarından külək zəifləmiş, yağış yağmağa başlayıb.

Əlavə məlumat veriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı