Modern.az

Köhnə İphone-lar daha sürətlə işləyəcək

Köhnə İphone-lar daha sürətlə işləyəcək

Aktual

5 İyun 2018, 11:23

Yeni əməliyyat sistemi “İOS 12” ilə artıq köhnə İphone-lar da sürətli işləyəcək.

 

Modern.az “The Independent”ə istinadən xəbər verir ki, bu barədə “Worldwide Developers Conference 2018”də Apple şirkətinin proqram təminatı üzrə vitse-prezidenti Kreyq Federiqi bildirib.

 

Yeni sistemin bütün Apple istehsalatı olan telefon, planşet və digər məhsullarının işləmə sürətini iki dəfə artıracağını ifadə edib.

 

İşləmə sürətinin artması “iPhone 5S”-dən başlayaraq “iPhone X” modelinə qədər bütün avadanlıqları əhatə edəcək.

Bunun üçün sadəcə əməliyyat sistemini yeni “İOS 12” sisteminə qədər yeniləmək kifayət edəcək.

 

Qeyd edək ki, istifadəçilər arasında “iPhone” modellərində işləmə prosesinin məqsədyönlü şəkildə zəiflədildiyi şayəsi yayılırdı. Bununla onlar şirkət tərəfindən yeni modellər alınmasına təhrik edildiklərini iddia edirdilər.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı