Modern.az

Goranboyda tapılan kişi meyitinin kimliyi məlum olub

Goranboyda tapılan kişi meyitinin kimliyi məlum olub

Current

11 İyun 2018, 20:31

Goranboy rayonunda tapılan kişi meyitinin kimliyi məlum olub. Modern.az "Report"a istinadən xəbər verir ki, bu, Mingəçevir şəhər sakini, 1969-cu il təvəllüdlü Tofiq Həsən oğlu Əmirəliyevdir.

 

İlkin məlumatlara görə, "Suqovuşan" deyilən ərazidə arıçılıqla məşğul olan bu şəxs ehtiyatsızlıqdan yıxılaraq başından ağır xəsarət almaqla ölüb.

 

Meyit çay yaxınlığında aşkarlanıb. Dünən həmin ərazidə güclü leysan xarakterli yağış yağıb və ilkin ehtimallara görə, çaydan keçmək istəyən zaman güclü sel suyu onu aparıb və başından xəsarət alıb. Həmin şəxsi tanıyanlar onun səhhətində problem olduğunu da bildiriblər.

 

Faktla bağlı Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı