Modern.az

Qayıdanda meyvə-tərəvəz alıb gedəcəm - BATE-nin baş məşqçisi

Qayıdanda meyvə-tərəvəz alıb gedəcəm - BATE-nin baş məşqçisi

Aktual

6 Avqust 2018, 19:40

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qarabağ”ın qonağı olan BATE-nin baş məşqçisi Aleksey Baqa sabahkı oyunla bağlı mətbuat konfransı keçirib.

Modern.az xəbər verir ki, belaruslu baş məşqçi konfransa gecikməsinin səbəbini yolda olan tıxaclarla əlaqələndirib.

O daha sonra görüş haqqında danışıb: 

“Təbii ki, “Qarabağ”ı güclü rəqib kimi qiymətləndiririk. Finlandiyadan sonra Azərbaycana gəlmək komandaya heç bir təsir göstərməyib. Əgər bu turnirdə mübarizə aparırsansa, bu tale ilə barışmalısan.

İlk oyunu səfərdə keçirməyin necə olduğunu demək çətindir. Bizi Bakıda hər hansısa müsbət nəticə qane edəcək. 

Bəli, mən azərbaycanlılarla birgə məşqçilər kursu oxumuşam (Aftandil Hacıyev və Ayxan Abbasov - red). Amma onlardan Ağdam klubu haqqında məlumat toplamamışam. Onlardan Belarusa qayıdanda meyvə-tərəvəz alıb gedəcəm. Təbii ki, mərhələ keçməsək, uğursuzluq olacaq”.

Qeyd edək ki, “Qarabağ” - BATE oyunu sabah saat 21:00-da başlayacaq.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı