Modern.az

Suriyaya uçan Rusiya təyyarəsi yoxa çıxıb

Suriyaya uçan Rusiya təyyarəsi yoxa çıxıb

Актуально

18 Sentyabr 2018, 08:28

Rusiyanın Suriyadakı Xmeymim aviabazası sentyabrın 17-də axşam saatlarında “İl-20” təyyarəsi ilə əlaqəni itirib.

Modern.az saytı “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, göyərtəsində 14 hərbçi olan Rusiyaya məxsus təyyarənin İsrailin “F-16” təyyarələrinin Latakiya əyalətinə aviahücumu zamanı Aralıq dənizi sahillərində yoxa çıxdığı ehtimal edilir.

Xmeymim bazası axatrış-xilasetmə əməliyyatlarına başlayıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı