İspaniya La Liqasının 7-ci həftəsində Barselona öz meydanında “Atletik Bilbao”nu qəbul edib. Modern.az xəbər verir ki, oyun 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşmaya yaxşı başlayan Atletik 41-ci dəqiqədə Oskar de Markosun qolu ilə ilk yarım hissəni 1:0 hesabı ilə tamamlayıb.
İkinci yarıda Barselona 84-cü dəqiqədə Munir El Haddadinin qolu ilə hesabı bərabərləşdirib və oyun 1:1 hesabı ilə yekunlaşıb.
Qeyd edək ki, La Liqada Barselona 14 xalla birinci, Real 13 xalla ikinci, Sevilya 11 xalla 3-cüdür.