Modern.az

Nazirlik ağır qəza ilə bağlı son vəziyyəti AÇIQLADI

Nazirlik ağır qəza ilə bağlı son vəziyyəti AÇIQLADI

Aktual

3 Oktyabr 2018, 11:35
Xəzər rayonunun Binə qəsəbəsində qatarla avtobusun toqquşması nəticəsində yaralanan şəxslərin müalicələri davam edir.

Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, 3 saylı Şəhər Kliniki Xəstəxanasında hazırda 2 nəfər reanimasiya şöbəsindədir, həmin şəxslərin vəziyyəti ağır stabildir.
 
"7 nəfər travmatologiya şöbəsində, 1 nəfər müştərək travmatologiya şöbəsində, 2 nəfər isə uşaq travmatologiya şöbəsindədir. Onların vəziyyətləri stabildir, müalicələri davam edir. Kliniki Tibbi Mərkəzdə hazırda 3 nəfər var. Onlardan 2-i bu gün evə buraxılacaq. 1 nəfər isə reanimasiyadadır, vəziyyəti ağır stabildir”.


Qeyd edək ki, oktyabrın 1-də Xəzər rayonu Binə qəsəbəsində 160 saylı sərnişin avtobusu qatarla toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 41 nəfər yaralanıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı