Modern.az

UFC döyüşçüsü Nurməhəmmədovu təhqir edib

UFC döyüşçüsü Nurməhəmmədovu təhqir edib

Aktual

7 Oktyabr 2018, 21:52

Qarışıq idman növləri üzrə amerikalı döyüşçü Kolbi Kovinqton yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu irland Konor Makqreqorla döyüşdən sonra saldığı davaya görə tənqid edib. Modern.az “Report”a istinadən xəbər verir ki, o bu barədə öz "Twitter" mikrobloqunda yazıb.

 

"Həbib Nurməhəmmədov murdar heyvandır. O bu hərəkətləri ilə bizim idman növünü 20 il dala atır", — deyə amerikalı döyüşçü qeyd edib.

 

Bazar günü iki idmançı arasında Las-Veqas şəhərində (ABŞ) keçirilən döyüş rusiyalı samboçunun qələbəsi ilə yekunlaşıb. Nurməhəmmədov yüngül çəkidə qazandığı bu 27-ci qələbə sayəsində UFC çempionu titulunu özündə saxlayıb.

 

Döyüşdən sonra Nurməhəmmədov rinqdən kənara atılaraq Makqreqorun tərəf müqabili ilə əlbəyaxa olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı