Modern.az

ART TİME - Velosipedçilərin əzablı yolları...  

ART TİME - Velosipedçilərin əzablı yolları...   

Aktual

10 Oktyabr 2018, 08:25

Leyla Əsədullayeva

Oktyabrın 9-da Nizami Kino Mərkəzində Litva istehsalı olan “Wonderful Losers: A Different World” adlı filmin nümayişi keçirildi. Bu, sənədli filmdir. Ekran əsəri Litvada keçirilən velosiped yarışları haqqında çəkilib. Filmdə velosiped yarışlarında iştirak edən idmançıların yarış zamanı keçdikləri çətin yollardan, dəf etdikləri maneələrdən və bununla yanaşı, idmançıların öz peşələrindən aldıqları böyük zövqdən bəhs olunur. Yarışda iştirak edən idmançılar, yarış zamanı çox ağır bir yol keçirlər. Bu idman növünə olan sevgiləri, bəzi idmançıların həyatı bahasına başa gəlir. Bəzi idmançılar isə öz sağlamlıqlarını itirmək təhlükəsi ilə qarşılaşır, lakin bu səbəb də onların veloyarışlara olan sevgisini öldürmür. Filmdə velosiped yarışları canlı olaraq lentə alınıb. Bununla yanaşı, yarışda iştirak edən bəzi idmançılardan canlı olaraq, bəzilərindən isə xəstəxanada müsahibə alınıb. Diqqətimi çəkən məqamlardan biri də, xəstəxana palatasında müsahibə verən bir idmançının sözləri oldu. O, öz müsahibəsində qeyd edir ki, 37 yaşı var və 31 ildir ki, bu idman növüylə məşğuldur. Velosiped onun həyatının ayrılmaz hissəsidir və sağlamlığını bərpa etdikdən sonra yenidən bu idman növü ilə məşğul olacaq.

Filmin özəlliklərindən biri də idman yarışında iştirak edən həkimlərin fəallığının yerindəcə ekranlaşdırılmasıdır. Səyyar həkimlər, xüsusi maşınlarla idmançıları izləyir və problem yarandığı zaman yerindəcə müdaxilə edirdilər.

Ekran əsəri 2017-ci ildə Litvanın ən yaxşı sənədli filmi seçilib. Həmçinin Minskdə keçirilən “Beynəlxalq Film Festivalı”nın qalibi olub. Film “Varşava Film Festivalı”nın da ən yaxşı sənədli film nominatsiyasına layiq görülüb.

Ekran əsərinin baş rejissoru Arunas Matelis filmin nümayişindən sonra onun çəkilməsi haqqında məlumat verib, daha sonra film haqqında ona ünvanlanan sualları cavablandırıb. Film Azərbaycan Kinemotoqrafçılar İttifaqının təşkilatçılığı ilə nümayiş olunub.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı