Modern.az

Quşçuluq fabrikinin direktoru yol qəzasında ölüb

Quşçuluq fabrikinin direktoru yol qəzasında ölüb

Aktual

28 Fevral 2019, 09:57

Abşeron rayonunda sərxoş piyadanı avtomobil vuraraq öldürüb.

Modern.az ONA-ya istinadən xəbər verir ki, 1945-ci il təvəllüdlü Əvəzov Səxavət Xosaxan oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəsindən keçərkən taksi fəaliyyəti ilə məşğul olan Orxan Məmmədovun idarə etdiyi avtomobil tərəfindən vurulub. Sürücü yaralını xəstəxanaya apararkən S.Əvəzov yolda keçinib.

Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin (MTEPAB) şöbəsinə  aparılıb. Sürücü saxlanılıb.  

Qeyd edək ki, ekspertizanın ilkin rəyinə əsasən, S.Əvəzov sərxoş vəziyyətdə olub. Ölən şəxs Müşfiqabad qəsəbəsində yerləşən Quşçuluq fabrikinin direktoru olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı