Modern.az

2019-un ilk iki ayında Azərbaycana ən çox bu ölkələrdən turist gəlib

2019-un ilk iki ayında Azərbaycana ən çox bu ölkələrdən turist gəlib

Current

28 Fevral 2019, 17:42

2019-cu ilin yanvar ayında ölkəmizə 191400 xarici vətəndaş gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 min nəfər və ya 3% çoxdur.

 

Dövlət Turizm Agentliyindən Modern.az-a verilən məlumata görə, əcnəbilər arasında ən çox artım 22% artımla Gürcüstandan gələnlərdə müşahidə olunur. Əhəmiyyətli surətdə artım olan digər bazarlar Cənubi Asiya və Orta Asiyadır - bu regionlardan müvafiq olaraq 60,9% və 35,4% artım baş verib.

 

Ən yüksək artım tempi Cənubi Asiya ölkələri olan Pakistan və Hindistana, Mərkəzi Asiyadan Qazaxıstan və Türkmənistana məxsusdur. Yanvar ayında bu ölkələrin hər birindən 2000-dən çox xarici vətəndaş gəlib.

 

 

İnfoqrafikanı Azərbaycan, rus və ingilis dillərində əldə etmək üçün: //bit.ly/2BTfIXu

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı