Modern.az

Yasamalda hündürmərtəbəli binada yanğın

Yasamalda hündürmərtəbəli binada yanğın

مورد توجه

28 Fevral 2019, 23:47

Bakı şəhəri, Zərdabi küçəsi 88 ünvanında yerləşən yaşayış binasında yanğın baş verib.

Modern.az ONA-ya istinadən xəbər verir ki, yanğın 19 mərtəbəli binanın 9-cu mərtəbəsində baş verib. Yanğın dərhal söndürülsə də binanı və ərazini tüstü bürüyüb.

FHN-nin Yasamal rayonu üzrə yanğınsöndürmə briqadası və 5 texnikası hadisə yerinə gəlib müvafiq işlər aparıblar. Belə ki, yanğının episentri olan 9-cu mərtəbədən sakinlər evakuasiya olunub.

 

İlkin məlumata görə yanğına səbəb siqaret qırıntısının ümumi dəhlizdə yerləşən taxtanın üstünə düşməsi olub. Hüquq-mühafizə orqanları araşdırma aparırlar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı