Modern.az

Şəmkir sakini aşan “Qazel”in altında qalıb öldü

Şəmkir sakini aşan “Qazel”in altında qalıb öldü

Aktual

6 Mart 2019, 22:20

Şəmkirdə yük maşınının aşması nəticəsində sərnişin ölüb.

Modern.az ONA-ya istinadən xəbər verir ki, hadisə Kür qəsəbəsinə gedən yolda baş verib.

 

Belə ki, “Qazel” markalı yük maşınının hərəkət edərkən təkəri partlayıb. Nəticədə yük maşını aşıb, bu zaman salonda sərnişin kimi əyləşən 38 yaşlı Sərvan Məmmədov avtomobilin altında qalaraq hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılr.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı