Modern.az

Bakıda qardaşı arvadını qətlə yetirən şəxsə 13,5 il cəza verildi

Bakıda qardaşı arvadını qətlə yetirən şəxsə 13,5 il cəza verildi

Current

7 Mart 2019, 19:48

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ələkbər Abdullayevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Modern.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Abdullayev 13 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il avqustun 8-də Bakının Xəzər rayonu Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Ələkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.

 

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Ə.Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı