Modern.az

İlham Əliyev: “Azərbaycanda ayrı-ayrı xalqlar və dini icmalar əsrlər boyu bir ailə kimi yaşayır” - YENİLƏNİB

İlham Əliyev: “Azərbaycanda ayrı-ayrı xalqlar və dini icmalar əsrlər boyu bir ailə kimi yaşayır” - YENİLƏNİB

Güncel

8 Mart 2019, 11:57

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kannerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Rusiya Yəhudi Konqresinin prezidenti Yuri Kanner səfər çərçivəsində Quba şəhərinə getdiklərini, Azərbaycanın regionlarında inkişaf proseslərinin şahidi olduqlarını, ölkəmizdə bütün xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin firavan yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğuladı və bunu yüksək qiymətləndirdi.

Azərbaycanda ayrı-ayrı xalqların və dini icmaların əsrlər boyu bir ailə kimi yaşadıqlarını deyən Prezident İlham Əliyev ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, o cümlədən yəhudilərin əmin-amanlıq içərisində yaşamaları üçün lazımi şəraitin mövcud olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanda sivilizasiyalar və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi ilə bağlı mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd etdi.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı