Modern.az

İcra başçısı şəhid Adil Tatarovun anası və bacılarını təbrik etdi

İcra başçısı şəhid Adil Tatarovun anası və bacılarını təbrik etdi

Aktual

8 Mart 2019, 12:49

Bu gün Ağstafa rayon icra başçısı Məhərrəm Quliyev rayonun Qıraq Kəsəmən kəndində şəhidimiz Adil Tatarovun anası Şükufə xanımı və bacılarını 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdi.

 

Modern.az xəbər verir ki, tədbirdə rayonun-hüquq mühafizə orqanları, rayon ağsaqqallar Şurasının sədri Firdovsi Heydərli, Ağstafa qəzetinin baş redaktoru Əliyev İbrahim və digərləri  iştirak edirdi.

Çay süfrəsi ətrafında keçən səmimi görüşdə  İcra başçısı bildirdi ki, şəhid Adil Tatarovun ailəsi mənim öz doğma ailəmdir. Bu gün biz azad və suveren bir ölkədə yaşayırıqsa, Adil kimi şəhidlərimizin şücaəti  sayəsindədir. Adil bizim aramızda olmasa da, hər zaman bizim qəlbimizdə əbədi olaraq yaşayır. Şəhidlərimizin adını uca tutmaq, əbədiləşdirmək, onların ailə üzvlərinə diqqət və qayğı göstərmək isə hər birimizin vətəndaşlıq borcumuz, ən əsas vəzifəmizdir.  Qeyd edildi ki, yaxın zamanda Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad olunacaq və bütün şəhidlərimizin ruhu o zaman sakitlik tapacaqdır.  Şəhidlərimizə Allahdan rəhmət diləndi və növbəti bayramlarımızı birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağda, Şuşada, Xankəndində və digər gözəl guşələrimizdə qeyd olunacağı vurğulandı.

İcra başçısı Şukufə xanıma və qızlarına 8 Mart münasibəti ilə bayram hədiyyələrini  təqdim edərək  bütün rayon ictimaiyyəti adından onlara, möhkəm can sağlığı  arzu etdi.  Sonda xatirə şəkilləri çəkdirildi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı