Modern.az

Deputat məhkəmə-hüquq islahatları barədəki fərmanı şərh etdi

Deputat məhkəmə-hüquq islahatları barədəki fərmanı şərh etdi

Aktual

5 Aprel 2019, 16:48

“Hüquq islahatlarının dərinləşdirilməsi sahəsində Prezident Ilham Əliyevin imzaladığı fərman günün tələbləri baxımından vacib, zəruri, mütərəqqi addımdır”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili Prezidentin məhkəmə-hüquq islahatları sahəsində izmaladığı Fərmana münaibət bildirərkən deyib.

 

Deputatın sözlərinə görə, fərman məhkəmə-hüquq sistemində ədalət mühakiməsinə verilən vacib töhfə olduğu kimi, sahibkarlıq mühitinin daha da əlverişli olması və sahibkar-dövlət orqanı münasibətlərində çevikliyin təmin olunmasında aparılan islahatların mühüm bir hissəsidir.

 

“Sahibkarlar üçün məhkəməyə müraciət etmək hər zaman böyük stress, xərc və sahibkarlıq fəaliyyətindən diqqətin yayınması deməkdir. Sahibkarın müraciəti ilə bağlı nə qədər tez, şəffaf və aydın qərarlar qəbul olunarsa, bir o qədər ölkə üçün faydalı olar. Çünki bu zaman sahibkar daha çox öz fəaliyyəti ilə məşğul olacaq, öz vaxtını daha çox sahibkarlıq fəaliyyətini genişləndirməyə və investisiya qoymağa sərf edəcək.

 

Eyni zamanda spesifik məsələlərə peşəkar yanaşma daha çox ədalətli qərarların qəbul olunmasına imkan verəcək ki, bu da sahikarlıq fəaliyyəti və investisiya cəlb olunması üçün vacib şərtdir. Sahibkarların gömrük, vergi, sosial sığorta və digər məsələlər üzrə müraciətlərinə baxan ixtisaslaşmış məhkəmələrin yaradılması və bu məhkəmələrdə çalışan hakimlərin dərin hüquqi bilik və təcrübəyə sahib olması müracitələrə daha tez və peşəkar formada baxılmasına imkan verəcək. Çünki bu sahələrdə qanunvericiliyin spesifik müddəalarının tətbiq edilməsi daha dərin biliklər və təcrübə tələb edir”.

 

Onun sözlərinə göər, bir çox ölkələrdə tətbiq olunan xüsusi sahəvi məhkəmələr öz səmərəliliyini göstərməkdədirlər.

 

“Mübahisəli məsələlərin keyfiyyətlə və ədalətli həlli bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm şərtlərdən biridir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı