Modern.az

Şəmkirdə “Ford”la  “Hyundai” toqquşdu – 4 yaralı

Şəmkirdə “Ford”la  “Hyundai” toqquşdu – 4 yaralı

Aktual

7 Aprel 2019, 11:00

Bakı-Qazax magistral yolunda ağır yol-nəqliyyat qəzası baş verib.

 

Modern.az “Qafqazinfo”ya istiandən xəbər verir ki, yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində “Ford” markalı yük maşını "Hyundai" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan ikisi Şəmkirdə, ikisi də Gəncədə xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlardan üçünün adı məlumdur: Qocayev Anar Raqif oğlu (1974-cü il təvvəllüd), Qurbanov Niyazi Hörmət oğlu (1967-ci il təvəllüd), Rüstəmov Müşfiq (1973-cü il təvəllüd).

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı