Modern.az

“BMT-yə, Avropa Şurasına müraciət etməliyik”

“BMT-yə, Avropa Şurasına müraciət etməliyik”

Aktual

27 Dekabr 2011, 16:44

Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov Fransa parlamentinin qondarma “erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərarla bağlı açıqlama verib.

Deputat Modern.az saytına deyib ki, erməni millətçiləri 1915-ci ildə Osmanlı imperiyasinda ermənilərin  guya genosidə məruz qalaması  haqqında yalanı milli ideologiyalarına çevirərərək öz xalqını psixoz  halına getiriblər: “İndi Ermənistan deyilən ərazi Türkiyə və Azərbyacan üçün sözün əsl mənasında  təhlükə mənbəyinə çevirib. Ermənilər bu yalanı bir kabus kimi dünyada  gəzdirərək Türkiyəni zəiflətmək istəyən qüvvələrin vasitəsinə çevriliblər. Bu iş iki mərhələ üzrə aparılır. Birinci mərhələdə bu yalanı hüquqi fakt kimi digər dövlətlərin parlamentində təsdiq etdirirlər. İkinci mərhələdə isə uyqurma "erməni soyqırımı"nı inkar etməyi planlaşdırırlar”.

Deputat bildirib ki, düz iki əsr istilaçı kimi ərəbləri qətlə yetirən fransalılar indi Birinci Dünya Müharibəsi zamanı türk dövlətinə qarşı qiyam qaldıran ermənilərin Anadoludan köçürülməsini soyqırım adlandırırlar:

“Bizə insan hüquqlarından, demokratiyadan, tolerantlıqdan  dərs demək fikrində olan Avropa orta əsrlərdə olduğu kimi, insanı fikirə,düşüncəyə görə təqib etmək yolunu tutub. Avropa bizi fedolazmin xırdalıqlarına sürükləyir. Hesab edirəm ki, bu məsəslə daim gündəlikdə olmalı, buna sistemli yanaşılmalı, BMT və Avropa Şurası vasitəsilə bu təşkilatlara üzv olan ölkə parlamentlərinə müvafiq tövsiyələr verilməli, orta əsrin mənfur qaydalarını 21-ci əsrə gətirməyin qarşısının alınması məsləhət görülməlidir. İlk növbədə dünyanın aparıcı  beynəlxalq hüquq  müdafiə təşkilatları, eləcə də ATƏT, Avropa Şurası, Avropa İttifaqı kimi mötəbər qurumlar buna reaksiya verməlidir. Çox şadam ki ATƏT-in söz və media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç Fransa parlamentinin yuxarıda qeyd olunan qərarının fikir və söz azadlığına dair zidd olduğunu artıq qeyd edib. Fransanın prezidenti Sarkozi isə onların bu qərarına hörmətlə yanaşmağı  tələb edir. İnsan hüquqlarını pozan qərara necə hörmətlə yanaşmaq olar? İnsan hüquqlarına dair 10 dekabr 1948-ci ildə qəbul olunmuş bəyannamənin 18-ci maddəsini oxusunlar. Burda deyilir ki, hər bir insanın fikir azadlığı var. Həmin deklarasiyanın 19-cu maddəsində birbaşa deyilir ki, hər bir insanın inam, fikir, düşüncə azadlığı var və bu azadlığı azad şəkildə yaymaq hüququ var. Sarkozi insan hüquqlarını pozaraq orta əsr düşüncəsini Fransaya gətirir və bizə də buna  hörmətlə yanaşmağa tələb edir. Buna hörmətlə yanşmaq olmaz. Çünki bu, insan hüquqlarına tamamilə ziddir. Biz birinci BMT-yə müraciət etməliyik. BMT-nin insan hüquqları komitəsi var, Avropada qəbul olunan bu qanunlar insan hüquqlarına ziddir. Avropa Şurasına, Avropa İttifaqına müraciət etməliyik. Bütün beynəlxalq təşkilatlara müraciət etməliyik ki, onlar münasibət bildirsinlər”.

Deputat Fransa parlamentinin bu qərarı ilə bağlı Vahid Əhmədovun önəmli təklif verdiyini xatırladıb: “O dedi ki, komissiya yaradaq, bir məktub hazırlasın və rəsmi sənəd kimi məktubu müvafiq təşkilatlara göndərək .Mənə elə gəlir ki, Fransaya müraciət etməyə dəyməz. Onların siması artıq məlum oldu. Onların bu qərarı ilk növbədə  ermənilərin əlehinədir. Ermənilər pisixi vəziyyətdədir, onlar Azərbaycan və Türkiyə ilə münasibət düzəltmək istəyirlər. Ancaq bu, ermənilərin inkişafının qabağını alacaq. Bunu ermənilər başa düşməlidirlər. Avropa standartaları budur. Fransa da bu standarta hörmət etməlidir”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı