Türkiyә Respublikasının Azәrbaycandakı fövqәladә vә sәlahiyyәtli sәfiri Hulusi Kılıç 31 dekabr- Dünya Azәrbaycanlılarının Hәmrәyliyi günü vә Yeni il bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
“Qardaş Azərbaycan xalqını səmimi qəlbdən tәbrik edirәm. Yeni ilin azәrbaycanlı bacı vә qardaşlarıma vә bütün Türk dünyasına cansağlığı, sülh, әminamanlıq, bәrәkәt gәtirmәsini arzu edir, ölkələrimiz arasındakı dostluğun və hərtərəfli əməkdaşlığın daha da genişlənməsini və güclənməsini diləyirəm”-deyə Hulusi Kılıç qeyd edib.