Modern.az

“İşsizin DOSTu” proqramı çərçivəsində işlə təmin olunanların sayı 35 minə çatıb

“İşsizin DOSTu” proqramı çərçivəsində işlə təmin olunanların sayı 35 minə çatıb

مورد توجه

27 Aprel 2019, 17:23

Prezident İlham Əliyevin təşəbbüsü əsasında həyata keçirilən “İşsizin DOSTu” proqramı çərçivəsində daha 5 minədək işsiz və işaxtaran şəxs haqqı ödənilən ictimai iş yerləri ilə təmin edilib.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, proqram əsasında işlə təmin olunanların sayı 35 minə çatıb.

 

Nazirliyin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunan proqrama cəlb edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı