Şəmkir rayonunda ölümlə nəticələnən yol-nqəliyat hadisəsi baş verib.
Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qarcəmilli kəndi ərazisində baş verib.
İlkin məlumatlara görə, "Mercedes-Sprinter" maekalı sərnişin mikroavtobusu aşıb.
Hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb.