“Bavariya” mövsüm sonunda böyük ehtimal ki, Niko Kovaçı istefaya göndərəcək. Səbəb kimi klubun Bundesliqada çempionluğa yaxın olsa da, Çempionlar Liqasındakı uğursuzluğu göstərilir.
Modern.az xairici KİV-ə istnadən xəbər verir ki, ”Bavariya” “Real Madrid”in və İspaniya millisinin keçmiş baş məşqçisi Xulen Lopeteqeyə təklif göndərib, hətta klubla məşqçi arasında bəzi müzakirə də olub.
Xəbərdə qeyd olunub ki, sözügedən posta tək namizəd Lopoteqi deyil. “Ayaks”la Çempionlar Liqasında finala çıxmaq üzrə olan Erik Ten Haaq da almanların diqqət mərkəzindədir, amma görtüntü odur ki, bu uğurlu mövsümdən sonra ”Ayaks” məşqçisini belə tez göndərməyəcək.
Novruz NOVRUZLU