Modern.az

“Tottenhem”dən möhtəşəm qələbə: Madriddə ingilis FİNALI olacaq

“Tottenhem”dən möhtəşəm qələbə: Madriddə ingilis FİNALI olacaq

Current

9 May 2019, 01:03

Çempionlar Liqasında ikinci finalçı da müəyyənləşib.

 

Modern.az xəbər verir ki, finala vəsiqə uğrunda "Ayaks" və "Tottenhem" komandaları mübarizə aparıb. Londondakı ilk görüşdə minimal hesabla qalib gələn hollandlar üstün mövqeyə malik idi.

 

Amsterdamdakı qarşılaşmada da oyunun ilk hissəsində "Ayaks"  qonaqları iki dəfə meydanın mərkəzinə dəvət etdi.

 

Amma ikinci hissədə ingilislər möhtəşəm geridönüş etməyi bacardı. Het-trik edən Lukas Moura rəqib meydanda vurduğu qollarla "Tottenhem"i finala apardı.

 

Qeyd edək ki, "Tottenhem" finalda "Liverpul" ilə üz-üzə gələcək. Final matçı iyunun 1-də Madriddəki "Vanda Metropolitano" stadionunda keçiriləcək.


Yarımfinalın cavab oyunu:


"Ayaks" (Hollandiya) - "Tottenhem" (İngiltərə) - 2:3
Qollar: 
De Liqt, 5 (1:0), Zieş, 35 (2:0), L.Moura, 55, (2:1), 59 (2:2), 90+6 (2:3)
İlk oyun - 1:0

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı