Modern.az

XİN: “Bu gün Azərbaycanla Avropa İttifaqı arasında hər hansı saziş imzalanmayacaq”

XİN: “Bu gün Azərbaycanla Avropa İttifaqı arasında hər hansı saziş imzalanmayacaq”

Aktual

13 May 2019, 11:21

“Bu gün Azərbaycanla Avropa İttifaqı arasında hər hansı sazişin imzalanması nəzərdə tutulmayıb”. Bunu Modern.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevadeyib

XİN sözçüsü bildirib ki, məsələ ilə bağlı hər hansı dəyişiklik yoxdur.

“Bir müddət əvvəl də sazişin məhz bu tarixdə imzalanmayacağı barədə fikir bildirmişdik. Qeyd etmişdik ki, ölkəmizlə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək saziş üzrə danışıqlar hələ ki, davam etdirilir”

Qeyd edək ki, bu gün mediada Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanacağı barədə xəbərlər gedib.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı