Modern.az

Elmi ARAŞDIRMA - Kişilər qadınlar qədər qeybət edir

Elmi ARAŞDIRMA - Kişilər qadınlar qədər qeybət edir

Aktual

13 May 2019, 11:26

ABŞ-ın Kaliforniya Universitetinin alimləri qeybət və dedi-qodularla bağlı elmi araşdırma aparıblar.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun üçün 18-58 yaş arasında 467 nəfər (269 qadın və 198 kişi) seçilib. Onlar üzərlərində səs yazan qurğu daşımağa razı olublar.

 

Psixoloqlar 3-cü şəxs barədə söhbət getdiyi zaman bunu qeybət kimi qeydə alıblar. Universitetin saytı araşdırmanın nəticələrini dərc edib. Eksperiment 3 kateqoriyaya (müsbət, mənfi, netral) böldüyü 4 min qeybət qeydiyyata alıb.

 

İnsanlar orta hesabla hər 52 dəqiqədən bir qeybət edir. Maraqlıdır ki, formalaşan stereotiplərin əksinə olaraq, qadınlar kişilərdən daha az qeybət edir. Gənclər isə 3-cü şəxslər barəsində yaşlı adamlara nisbətən daha çox pis danışır.

 

Qeybətlərin mütləq əksəriyyəti məşhur şəxslər barədə deyil, ümumi tanışlar barəedə olub. Kaliforniyalı alimlər 4 min qeybət arasında mənfi xaraktelri qeybətlərin müsbət qeybətləri 2 dəfə üstələdiyin müəyyənləşdirib.

 

Ümumi gəlinən qənaət isə varlı ya kasıb olmaqdan asılı olmadan, hər kəsin qeybət etdiyi faktının təsdiqi olub.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı