Modern.az

AvroLiqa finalının bilet gəliri UEFA-ya gedəcək

AvroLiqa finalının bilet gəliri UEFA-ya gedəcək

مورد توجه

15 May 2019, 12:34

UEFA Avropa Liqasının final oyununa ev sahibliyinin Bakıya verilməsində dövlət dəstəyi həlledici rol oynayıb.

 

Modern.az Report-a istinadən xəbər verir ki, bu sözləri AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyev Bakıda AFFA və UEFA-nın təşkilatçılığı ilə keçirilən "Futbol və Biznes" sammitində deyib.

O, bildirib ki, Bakı finala ev sahibliyi üçün bir sıra şəhərlərlə rəqabət aparıb. Azərbaycan dövlətinin dəstəyi və təmin etdiyi şərtlər sayəsində bu hüquq Bakıya verilib.

T.Piriyev Avropa Liqasının final matçı üçün bilet satışından əldə olunacaq məbləğ yalnız UEFA-nın büdcəsinə gedəcəyini də əlavə edib.

Qeyd dək ki, final görüşü mayın 29-u “Arsenal” və “Çelsi” arasında keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı