Tanınmış meyxana ustası Mehman Əhmədli avtomobil qəzasına düşüb.
Modern.az xəbər verir ki, hadisə Rusiaynın Sankt-Peterburq şəhərində baş verib.
Meyxanaçının olduğu "BMV X-6" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı baryerə çırpılıb. Hadisə zamanı meyxanaçı başından xısarət alıb.
Baku.ws-in məlumatına görə, qəzaya baxmayaraq, Mehman Əhmədli Sankt-Peterburqda sabaha planlaşdırılan proqramını təxirə salmayıb.