Azərbaycanın ilk rok qrupu olan “Yuxu” qrupunun ötən gün vəfat etmiş yaradıcısı İbrahim Emin bu gün Sumqayıt şəhərində dəfn olunub.
Modern.az xəbər verir ki, onun cənazəsi 8-ci mikrorayon, 12/34 ünvanında yaşadığı mənzilindən götürülüb.
Mərhum Corat qəbiristanlığında valideynlərinin məzarı yanında torpağa tapşırılıb.
Qeyd edək ki, 56 yaşlı İ.Emin iyulun 2-də xərçəng xəstəliyindən dünyasını dəyişib.